Modern.az

Yerevanda Gömrük İttifaqı əleyhinə aksiya keçirildi - VİDEO

Yerevanda Gömrük İttifaqı əleyhinə aksiya keçirildi - VİDEO

Təhsil

10 Oktyabr 2014, 15:09

Onlarla Facebook istifadəçisinin təşəbbüsü ilə Yerevanın Azadlıq meydanında “Biz Gömrük İttifaqının əleyhinəyik” şüarı ilə aksiya keçirilib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nümayişçilər Ermənistan himnini oxuyaraq prezident Serj Sərkisyana mesaj yollayıblar: “Minskdən geri qayıtma!”.

“Biz ümid edirik ki, insanlar Avrasiya İqtisadi İttifaqı müqaviləsinin imzalanmasının Ermənistanın müstəqilliyinə nə qədər zərərli olduğunu başa düşəcəklər”, - bunu jurnalistlərlə söhbətində aksiyanın təşəbbüskarlarından biri Daniel İonesyan deyib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, oktyabrın 10-da Avrasiya İqtisadi Şurasının ali iclasında imzalanacaq razılaşmaya görə Ermənistan 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına qoşulacaq.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı