ABŞ Dövlət Departamenti Suriya məsələsində Türkiyə ilə razılığa gəldiklərini bəyan edib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Departamenti Türkiyənin Suriyanın konstruktiv müxalifətinə dəstək olacağını bəyan edib. Dövlət Departamentinin rəsmisi Marie Harf bildirib ki, Türkiyə Suriyanın konstruktiv müxalifətini təchiz etmək və təlim keçmək barədə proqrama dəstək verməyi qəbul edib.
"Buna görə ABŞ Müdafiə Nazirliyindəki planlama heyəti hərbi yolla planlamalar həyata keçirmək üçün gələn həftə Ankaraya gedəcək",-deyə Marie Harf qeyd edib.