Ermənistanın Avrasiya İqtisadi İttifaqının Minsk sammitində quruma qoşulması ciddi etirazlara səbəb olub. Ermənistanda mitinq iştirakçıları Serj Sərkisyan hakimiyyətinin yürütdüyü xarici siyasətə kəskin şəkildə etiraz edir.
Nümayişlərlə paralel olaraq Ermənistan mətbuatında prezident Serj Sərkisyanın Rusiyanın boyunduruğu altına girməyi haqqında ittihamlar səngimək bilmir.
Modern.az saytının məlumatına görə Ermənistanın “Lragir” nəşri Sərkisyan administrasiyasının Avrasiya Birliyinə qoşulmasını sərt bir şəkildə tənqid, hətta təhqir edib.
Erməni analitik İqor Muradyan sözügedən nəşrdə yazdığı analitik yazıda Ermənistanın Avrasiya Birliyinə qoşulmasını alçaldıcı hərəkət kimi dəyərləndirib.
“Serj Sərkisyan son dərəcə alçaldıcı vəziyyətlə rastlaşdı. Ermənistanı idarə edən rejimi ölkəyə nə olacağı, əsasən, giclərin içində olmamaq qətiyyən maraqlandırmır. Bəs indiki vəziyyət məgər axmaq deyil? Bütün bunlar bakirəlikdən məhrum olmuş və ərə getmək üçün Allaha yalvaran qızı xatırladır”,-deyə müəlif yazıb.
İqor Muradyan vurğulayıb ki, Ermənistan rejimi avtomatik olaraq Moskvanın göstərişlərini yerinə yetirəcək.
Aqşin Kərimov