Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına məlumat verilib.
Məlumatda bildirilib ki, oktyabrın 13-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.
Modern.az