Modern.az

BMT “Ebola”ya görə brifinq keçirdi: “Pul yığa bilməmişik”

BMT “Ebola”ya görə brifinq keçirdi: “Pul yığa bilməmişik”

Təhsil

11 Oktyabr 2014, 12:11


“Ebola” virusuna yoluxanların sayı son üç-dörd həftədə iki dəfə artıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Birleşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin “Ebola” mövzusundakı xüsusi nümayəndəsi David Nabarro viruslaə mübarizənin lazım olan səviyyədə aparılmadığını deyib.  

Nabarro bildirib ki, Ebola ilə mübarizə lazımi səviyyədə aparlmasa dünya bu virusla sonsuza qədər yaşamaq məcburiyyətində qalacaq.  

BMT Baş katibinin müavini Jan Eliasson da çıxışında, BMT “Ebola” ilə mübarizə üçün lazım olan  1 milyard dolların yalnız 25%-nin yığıldığını vurğulayıb. Eliasson BMT-yə üzv olan ölkələrdən kömək istəyib.  

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı “Ebola” epidemiyasında ölənlərin sayının 4 min 33-ə yüksəldiyini bildirmişdi.  

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı