
“Onlar başa düşdülər ki, səhv ediblər. Başqa bir brendin əmtəə nişanından istifadə etmək olmaz”. Bunu Modern.az-a açıqlamasında “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı deyib. Onu sözlərinə görə, “apanews.az” adlı yeni saytın təsisçiləri artıq onun fəaliyyətini dayandırıb:
“Mənimlə əlaqə saxladılar və bildirdilər ki, saytı artıq silib və domenin ləğv olunması üçün lazımi quruma müraciət ediblər. Mən də domenin ləğv olunmasını gözləyirəm. Əgər ləğv olunmasa, bu məsələni hüquqi müstəvidə həll edəcəyik.
""APA Holding"in və ona daxil olan brendlərin ayrı-ayrılıqda Stadartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən rəsmi patenti alınıb. İstənilən halda məhkəməyə verib və birinci prosesdə həmin ada iddia edən qurumu və ya şəxsi yaxşı cərimə ilə uda bilərik. Ona görə də bunu onlara izah etdik və çox sağ olsunlar ki, anlayışı adamlar idilər və bizi başa düşdülər” .
Qeyd edək ki, bir müddət əvvəl APA adından istifadə olunaraq yeni sayt yaradılıb. V. Mahirqızı həmin şəxsləri məhkəməyə verəcəyini bildirib: “APA adı ilə sayt açanlar, bizim adımızdan istifadə eləyənlər, xəbərləriniz gəlib çatır. Sizi məhkəmədə mənim əlimdən heç kim, amma heç kim ala bilməyəcək! Heç kimə güvənməyin. APA adının rəsmi patenti bu şirkətdədir. Hamısını tək-tək məhkəməyə verəcəyik”.
Rüfanə GÜNƏŞ