Modern.az

Elşad İskəndərov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi - FOTO

Elşad İskəndərov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi - FOTO

Təhsil

11 Oktyabr 2014, 17:43

Elşad İskəndərov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi.  Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumundan  (İKGF)  Modern.az-a verilən məlumata görə, bu gun İstanbulda, Cırağan sarayında keçirilən rəsmi mərasimdə İKGF-nin yeni rəhbərliyinə keçirilən seçkilərin nəticələri elan edilib.

Xatırladaq ki, dünən Forumun II Baş Assambleyasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 45 üzv ölkəsini təmsil edən 60-dan artıq təşkilatın  nümayəndə heyətlərinin iştirak etdiyi seçkilərin nəticələrinə görə Elşad İskəndərov yekdilliklə  İƏT Gənclər Forumunun yeni sədri seçilmişdir. Bu gün isə İƏT Baş Katibi İyad əl Mədəni, Türkiyə Gənclər və İdman naziri Çağatay Kılıc, İƏT Parlament Assambleyası  Baş Katibi Erol Kılıc, BMT-nin Sivilizasiyalararası Alyansının baş müşaviri Jan Kristof Bas,İstanbul valisi Vasip Şahin,  TURGEF fondunun prezidenti Bilal Erdoğan və bir sıra digər beynəlxalq təşkilatlar, həmcinin İƏT olkələrinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən İƏT Gənclər Forumu Bas Assambleyasının təntənəli bağlanış mərasimində Elşad İskəndərovun beynəlxalq təşkilatın yeni rəhbəri vəzifəsinə seçilməsi rəsmən elan edilib. Seçkilərin nəticələrinə görə sədrin müavinləri vəzifələrinə Türkiyə, Əlcəzair, İordaniya və İran  nümayəndələri seçilmişlər. Eyni zamanda İKGF-ninümumi sayı 9 nəfərdən ibarət, hər biri bir ölkəni təmsil etməklə, yeni İdarə Heyəti də seçilib.

Mərasimdə cıxış edən İslam Əməkdaşlıq Təşkilatı Baş Katibi İyad əl-Mədəni, Elşad İskəndərovun ötən müddətdə Forumun Baş Katibi kimi qurumun inkişafındakı rolunu yüksək qiymətləndirmiş, bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb.

Eyni zamanda, o, Forum tərəfindən qəbul olunan “10 il – 10 hədəf”   adlı İstanbul Gənclik Bəyannaməsinin İƏT Xarici İşlər Nazirləri növbəti Şurasında İƏT-in gənclər siyasəti sahəsində  proqram sənədi kimi qəbul ediləcəyini də bildirmişdir. Türkiyə Gənclər və İdman naziri Çağatay Kılıcisə öz çıxışdında rəhbərlik etdiyi nazirliyin Forumun istər Türkiyə, istərsə də beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinə dəstək göstərəciyini bildirib.

Sonra Türkiyə Baş Nazirinin Baş Müşaviri Ali Sarıkaya baş nazir Əhməd Davudoğlunun İKGF Baş Assambleyasına ünvanladığı təbrik məktubunu oxumuşdur. Təbrik məktubunda baş nazir Əhməd Davudoğlu  İƏT Gənclər Forumunun Baş Assambleyasını təbrik etdiyini,  yeni sədr seçilmiş Elşad İskəndərovla bərabər yeni İdarə Heyətinə uğurlar dilədiyini bildirmiş,  “Qurulmasına qardaş ölkə Azərbaycan ilə bərabər öncüllük etdiyimiz İƏT Gənclər Forumunun  fəaliyyətlərini təqdir edir, Turkiyənin Forumun fəaliyyətlərinə verdiyi dəstəyin bundan sonra da davam edəcəyini ifadə edirik”, deyə qeyd edib.

Baş nazirin məktubunda daha sonra İKGF-nin qəbul etdiyi “10 il – 10 hədəf”adlı İstanbul Bəyannaməsində İƏT-ə üzv ölkələrdə və İƏT-də ən yüksək səviyyədə  keçirilməsi nəzərdə tutulan proqramlara da Türkiyənin hərtərəfli dəstək verəcəyi, İstanbulun 2015-2016-cı illərdə “İslam dünyası Gənclər Paytaxtı” elan olunmasını məmnuniyyətlə qarşıladıqları bildirib.

Türkiyə Baş Nazirinin Baş Müşaviri vəzifəsini tutan, İKGF-nin ilk sədri Ali Sarıkaya səlahiyyət müddətinin sona yetməsi ilə bağlı çıxış edərək, bu müddət ərzində Foruma başçılıq etməsindən qürur duyduğunu bildirilib. Daha sonra o, İKGF Sədri səlahiyyətlərinin rəmzi olan İKGF plaketini qurumun yeni rəhbəri Elşad İskəndərova təhvil vermiş, onun bu vəzifədə İKGF-nin inkişafına böyük töhfə verəcəyinə inandığını bildirərək, gələcək işlərinə uğurlar arzulayıb.

Bundan başqa, A.Sarıkaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyəti prezidenti  cənab Rəcəb Təyyib ƏrdoğanaForum təsis olunandan bəri göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Mərasimdə çixiş edən Elşad İskəndərov seçkilərdə ona etimad göstərmiş İƏT üzv ölkələrinin nümayəndə heyətlərinə, həmçinin Forumun üzvu olan beynəlxalq təşkilatlar və musəlman diasporalarını təmsil edən gənclər təşkilatları nümayəndələrinə öz təşəkkürünü bildirib.

Elşad İskəndərov  İKGF-nin uğurlu inkişafına xüsusui dəstək verən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyəti prezidenti  cənab Rəcəb Təyyib Ərdoğana təşəkkürlərini bildirib, göstərilən etimadı yeni vəzifəsində də doğrulda bilməsi üçün bütün imkanlarını əsirgəməyəcəyini qeyd edib.

İKGF-nin yeni sədri eyni zamanda Forumun garşıdan gələn 5 ildə fəaliyyətləri sırasında dünyada İslamofobiya ilə mübarizə, üzv olkələrdə gənclərin təhsil və intellektual inkişafı, esktremist və təkfirçi ideologiyaların yayılmasına qarşı mübarizə kimi sahələrin prioritet olacağını vurğulamışdır. Bununla əlaqədar  Baş Assambleyada qəbul edilmiş “10 il – 10 hədəf” adlı İstanbul Bəyannaməsinin xüsusi onəmi olduğunu bildirib .

Daha sonra mərasimdə iştirak edən yusək səviyyəli qonaqlar tərəfindən xüsusi panoda hazırlanmış Bəyannamənin imzalanmasi həyata keçirilib.  

İƏT-in 57 üzv ölkəsindən 45-də təmsil olunan İKGF, 2004-cü ildə Bakıda keçirilən Təsis Assambleyasinda yaradılmış, 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatına bağli beynəlxalq təşkilat statusu alıb. 2009-cu ildən Baş Qərargahı Türkiyədə, 2010-cu idən isə Avrasiya Regional Mərkəzi Bakida diplomatik təsisatlar olaraq qeydiyyatdan keçmişlər. DƏ-İKGF növbəti Baş Assambleyalasının 2014-cü ildə keçirilməsi haqqında qərar Forumun İdarə Heyəti tərəfindən bu ilin yanvar ayında qəbul edilib.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı