Brilliant xoşbəxt nikahın uzunömürlü olmasına maneə olur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla Emori Universitetinin alimləri 3 mindən çox yaşlı amerikalı ilə keçirilən araşdırmadan sonra çıxış ediblər. alimlər belə qənaətə gəliblər ki, toy zamanı qızıl-zinət əşyalarının alınmasına nə qədər çox xərc çəkilirsə, nikahın ömrünün çox olması şansı da bir o qədər azalır. Məsələn, qızıl-zinət əşyalarının alınmasına 2 min dollardan 4 min dollar qədər pul xərcləyən kişilər 500-2000 min dollar arası xərcləyən qadınlarla müqayisədə 1,3 dəfə çox boşanırlar. Bahalı qızıl-brillianta üstünlük verən qadınlar arasında boşanmaların faizinin yüksən olduğu müəyyənləşdirilib.
Bundan əlavə, araşdırma zamanı məlum olub ki, toy mərasiminin xərci 20 min dolları keçənlər arasında boşanma 5 mindən 10 min dollara qədər xərcləyənlərlə müqayisədə 3,5 dəfə çox olub. Qəribəsi odur ki, üzüklərin alınmasına 500 dollardan az xərcləyənlər arasında da boşanma faizi yüksək olur.Modern.az