
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Modern.az saytının məlumatına görə, Sevil Əliyevanln 59 yaşı tamam olub.
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Bir qızı, iki oğlu var.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Sevil Əliyevanın sonuncu dəfə bir neçə gün öncə - oktyabrın 5-də Qurban bayramında ictimaiyyətə mesaj ünvanlayıb. O, Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Modern.az aytının xəbərinə görə, Sevil xanım bayram təbrikini Facebook sosial şəbəkəsində belə yazıb:
“Uca Rəbbimizə şükürlər olsun ki, daha bir mübarək Qurban bayramına qovuşduk, əziz soydaşlarım. İslam aləminin bu mübarək bayramı münasibətilə sizə və sevdiklərinizə can sağlığı, uzun ömür, uğurlar diləyirəm!”.










A.Qorxmaz