
Tanınmış iş adamı, “Şərur” MTK-nın sədri İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov yenidən medianın müzakirə obyekti olub. Modern.az saytı xəbər verir ki, ölkə mediası və sosial şəbəkələr “Şərurlu İsfəndiyar”ın oğlunun bahalı “Lamborghini” avtomobili ilə yenidən Bakı küçələrində görüntüləndiyindən bəhs edib.
Dövlət İqtisad Univeristetinin tələbəsi olan Allahverdi Axundov qafqazinfo.az-ın kamerasına bazar günü gəzintisi zamanı tuş gəlib. “Lamborghini aventador” markalı bu avtomobilin qiyməti 650 min ABŞ dollarıdır.
Modern.az