Modern.az

Müsavat Gənclər Təşkilatının sədri istefa verib

Müsavat Gənclər Təşkilatının sədri istefa verib

Təhsil

13 Oktyabr 2014, 01:51


Müsavat Partiyası Gənclət Təşkilatının sədri Əhliman Abbas istefa verib. Modern.az saytı xəbər verir ki, istefa qərarını Ə.Abbas özü bəyan edib. O, bildirib ki, 2011-ci ilin yanvar ayında Müsavat Partiyasına daxil olub, 2013-cü ilin noyabrından isə Müsavat Gənclər Təşkilatının sədrliyini edir.
”Bildirmək istəyirəm ki, partiyadan ayrılmaqla bağlı qərarım var və qarşıdakı həftənin ortasına kimi ayrılmaqla bağlı rəsmi prosedurları yekunlaşdıracağam”.

Əhliman Abbas Müsavatdan ayrılmağa vadar edən səbəblərdın danışarkən ilk növbədə deyib ki, partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində normal siyasi fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə düşüb.
”Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meylli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Müsavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır”-deyə o, bildirib. Deyib ki, böhtan, təhqir, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar.
”Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir”.

Ə.Abbas deyib ki, bu gün Musavatın idarəçiliyini aparan şəxslərin partiyanın müxtəlif səviyyələrində açıq və gizli şəkildə olan narahatçılıqlara baxmayaraq prinsipial müxalifətçilik mövqeyindən sapdığı aydındır.

O, partiyadan ayrıldıqdan sonra aparacağı siyasi mübarizənin hansı formada təşkil ediləcəyini dostlarla və məsləhətlərini dəyərləndirdiyi insanlarla müzakirələşdikdən sonra verəcəyini vurğulayıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı