“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın Azərbaycandan çıxışına qadağa qoyulub.
Modern.az-ın məlumatına görə, bu barədə jurnalist özü Facebook- səhifəsində yazıb. O, qeyd edib ki, oktyabrın 12-də “Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşəcəkmiş.
“Sərhəddə pasportumu təqdim edəndə mənə bildirdilər ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub.” Xədicə İsmayıl qadağanın səbəbindən xəbərsiz olduğunu qeyd edib. O, qadağanın Elman Həsənovun şikayəti ilə əlaqəli ola biləcəyinə inanmadığını da deyib. Sentyabrın 30-da hamının bayraqdar kimi tanıdığı Elman Türkoğlu (Həsənov) Binəqədi rayon Məhkəməsində Xədicə İsmayıla qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. E.Türkoğlu iddia edib ki, X.İsmayıl Facebook-da yaydığı bir sənədlə onun şərəf və ləyaqətini alçaldıb və buna görə cavab verməlidir.
Modern.az