Modern.az

Azərbaycanda zəvvarların avtobusu aşdı - 3 nəfər öldü, 10 nəfər yaralandı

Azərbaycanda zəvvarların avtobusu aşdı - 3 nəfər öldü, 10 nəfər yaralandı

Təhsil

13 Oktyabr 2014, 10:02


Modern.az
saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində  sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, aşan avtobusun içərisində 33 nəfər sərnişin var. Hadisə nəticəsində avtobusun 3 sərnişini (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, 10  nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla  avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 07:30-da başa çatıb.

Qeyd edək ki, bu, azərbaycanlı zəvvarları İranın Məşhəd  şəhərinə aparanan avtobus olub. Ölən və yaralananlar da müqəddəs ziyarət üçün yola çıxan zəvvarlardır.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı