ABŞ Müdafiə naziri Çak Heygel Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaz ilə telefon danışığı aparıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Heygel və Yılmaz İŞİD-in meydana gətirdiyi regional təhdid, İraq və Suriyadakı vəziyyəti müzakirə ediblər.
ABŞ müdafiə naziri suriyalı müxaliflərin Türkiyədə qonaq edilməsi və onlara təlim verilməsi, həmçinin İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyaya dəstəyə görə Yılmaza təşəkkür edibHər iki nazir Suriya prezidenti Bəşər Əsəd rejimin böhranın böyüməsinə səbəb olduğunu bildiriblər.
Rüfanə GÜNƏŞ