Modern.az

Ərdoğanı qoruyan polislər öldülər - FOTOLAR

Ərdoğanı qoruyan polislər öldülər - FOTOLAR

Təhsil

13 Oktyabr 2014, 10:31


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qoruyan polislər qəzaya düşüb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın Gümüşhanə səfərində vəzifəli polisləri daşıyan avtobus Sivasın İmranlı mahalında qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzada 3 nəfər polis əməkdaşı  ölüb, 30-dan çoxu isə yaralanıb.

Qeyd edək ki, Qəza gecəyarısı Sivas-Ərzincan Quru yolu üzərində İmranlı mahalın mərkəzinə 25 kilometr məsafədəki Qızıldağ keçidində baş verib.



Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı