“Əhliman Abbas istefası haqqında ərizə və sənədləri partiyaya verməyib. Ona görə də Müsavat Gənclər Təşkilatına yeni sədrin seçilməsi ilə bağlı məsələyə münasibət bildirməyə tələsməyək”. Bunu Modern.az saytına Müsavat Partiyası başqanının keçmiş müavini (İsa Qəmbərin-red) Gülağa Aslanlı deyib.
O, Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasın vəzifəsindən istefa verməsinə münasibət bildirərkən deyib ki, rəsmi prosedurlar yerinə yetirilməyib. “O, istefası haqqında ərizə versə, o zaman Gənclər Təşkilatı sədrliyinə yeni seçki keçiriləcək”,-deyə G. Aslanlı bildirib.
Qeyd edək ki, Əhliman Abbas partiyadaxili konfliktləri əsas gətirərək ötən gün Müsavat Partiyası Gənclər Təşkilatı sədri vəzifəsindən istefa verdiyini bəyan edib. O bildirib ki,
Müsavatın idarəçiliyini aparan şəxslər prinsipial müxalifət mövqeyindən sapırlar.Aqşin Kərimov