Ermənistan parlamentindəki “üçlük”- “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” oktyabrın 24-də Yerevandakı azadlıq meydanında növbəti mitinq keçirəcək. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda adı çəkilən qüvvələrin bu gün keçirilən görüşündən sonra Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan məlumat verib. Onun sözlərinə görə, mitinqdə əsas məqsəd gələcək addımlar üçün vahid proqramın formalaşdırılması olacaq. Zurabyan qeyd edib ki, bundan əvvəlki mitinq 1988-ci ildən sonra ən izdihamlı aksiya olub.
Modern.az