Modern.az

Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verildi

Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verildi

Təhsil

13 Oktyabr 2014, 16:40

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunmuş M.Qurbanlı deputat mandatının ləğv edilməsi üçün ərizə ilə MSK-ya müraciət edib.

M.Qurbanlının müraciəti müzakirə edilərək onun deputat mandatının ləğv edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə dair qərar verməlidir.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı