İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi İŞİD və Əl-Qaidə terror təşkilatlarını ABŞ-la İngiltərənin yaratdığını iddia edib. Modern.az saytı İran mətbuatına istinadla xəbər verir ki, Qədr-Xum bayramına həsr olunan tədbirdə çıxış edən dini lider ABŞ və İngiltərənin məqsədinin sünnilərlə şiələr arasında ixtilaf yaratmaq olduğunu deyib.
Onun sözlərinə görə hər iki ölkə sünni-şiə qarşıdurmasını gərginləşdirmək üçün səylərini gücləndiriblər. “ABŞ və onun müttəfiqlər İŞİD-lə mübarizə aparmır. Əksinə, müsəlmanlar arasında nifaq toxumları səpir”.Modern.az