Rusiya Gürcüstan ərazilərində yaradılmış separatçı Abxaziya rejimi ilə hərbi ittifaq yaradır. Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə rəsmi Moskvanın Avrasiya İqtisadi İttifaqının gömrük qanunvericiliyi bazasında separatçı quruma yardım edəcəyi də planlaşdırılır.
Həmçinin müqavilənin iqtisadi sferadakı müddəaları ilə bağlı sənəd imzalandıqdan il yarım sonra Abxaziya “Respublikası”nın Avrasiya İqtisadi İttifaqına özünün “gömrük standartları” ilə inteqrasiyası da gözlənilir. Məlumata görə belə vəziyyətlər müttəfiqlik və inteqrasiya haqqında yeni müqavilələ layihəsində əks olunacaq.Yeni müqavilənin işçi variantı artıq separatçı rejimin “parlament deputatlarına” da paylanılıb.
Layihədə Rusiya və Abxaziya qondarma qurumunun ümumi təhlükəsizlik sahəsində təhdidləri önləmək üçün birgə müdafiə infrastrukturunun yaradılacağı qeyd olunur. Bununla yanaşı, tərəflərdən birinə hücuma təcavüz kimi qiymət veriləcəyi və onların bir-birinə hərbi dəstək olacaqları da bildirilir.
Modern.az