Modern.az

Deputat Göygölün Gəncəyə verilməsinin qarşı çıxdı

Deputat Göygölün Gəncəyə verilməsinin qarşı çıxdı

Təhsil

14 Oktyabr 2014, 08:10

 

"Göygöl ayrıca bir rayondur. İndi əhalisinin sayı da kifayət qədərdir. Sadəcə olaraq, Göygölün Gəncəyə birləşdirilməsi söz-söhbətdən başqa nəsə deyil”.

Bunu Modern. az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.  

Onun sözlərinə görə, bir rayonun digər bir rayon ərazisinə birləşdirilməsi bir çox çətinliklərə yol açır: “Belə bir məsələ bizə təqdim olunmayıb. Hazırda insanlar mərkəzdən qaçır. Ona görə də QHT-lər yaradılır, vətəndaş cəmiyyətləri iinstitutları inkişaf etdirilir. Hesab edirəm ki, birləşdirmənin müəyyən qaydada işlərə müsbət təsirini göstərməklə bərabər, həm də mənfi cəhətləri var. Çünki Göygöl rayonunun uzaq kəndləri də var. Həmin kənd adamlarının Gəncəyə gəlməsi, müəyyən idarələrin orada yerləşməsi əhali üçün əzab-əziyyətdir. Onsuz da Gəncənin kifayət qədər əhalisi var. Gəncə respublikada ikinci böyük şəhərdir. Əslində, biz müəyyən qurumları yaratmaqla, əhali ilə daha yaxından təmasda olmağı istəyirik.Ona görə də Göygölün Gəncəyə birləşdirilməsi məsələsi doğru olmayan söz-söhbətlərdir. Əslində, birləşdirmənin tərəfdarı deyiləm. Vaxtilə, 1960-cı illərdə belə birləşdirmə olub. Bir neçə rayon bir rayona birləşdirilib. O adamlar gedib mərkəzdə işləyirdilər. Sonra qayıdırdılar qaldıqları yerə. Bu, insanlar üçün əziyyət idi. Ağcabədi rayonu da 1960-cı illərdə Ağdam rayonuna birləşdirilmişdi. Onda insanların necə əziyyət çəkdiklərini gördüm”.

Qeyd edək ki, Göygöl rayonunun bütün strukturları saxlanmaqla Gəncəyə birləşdirilməsi məsələsi ətrafında sməlumatlar var. 

Namidə BİNGÖL

  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı