Modern.az

İngiltərə parlamenti Fələstini müstəqil dövlət kimi tanıdı

İngiltərə parlamenti Fələstini müstəqil dövlət kimi tanıdı

Təhsil

14 Oktyabr 2014, 09:26

İngiltərə parlamenti 274 səsçoxluğu ilə Fələstini müstəqil dövlət kimi tanıdı.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən parlamentin alt palatasında 4 saat aparılan müzakirələrdən sonra Avam Kamerasın "Hökumətin Fələstin dövlətini tanıması" ilə bağlı təklifinə 274 millət vəkili lehinə səs versə də, 12 millət vəkili bunun əleyhinə çıxıb. İngiltərənin baş naziri Devid Kameron, Mühafizəkar və Liberal Demokrat partiyalarının rəhbrləri isə səsvermədə bitərəf qalıblar. Birləşmiş Krallıqda dövlətləri parlament deyil, hökumət tanıyır.

Buna görə də səsvermə nəticəsi məcburi olmayacaq. Amma nəticə Fələstinin leyhinə olarsa, hökuməti Fələstinin tanınması üçün məcbur edəcəklər.

Qeyd edək ki, bir neçə gün əvvəl İsveç höküməti Fələstini müstəqil dövlət kimi tanıyıb. Bundan başqa dünyada 130-dan çox ölkə Fələstini müstəqil bir ölkə olaraq tanıyır.

Rüfanə GÜNƏŞ
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı