İstanbul polisi son bir həftə ərzində baş verən hadisələrdə 348 nəfəri həbs edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, polisin açıqlamasında 6-13 oktyabr tarixlərində Kobani hadisələrinə edilən etirazlarda 348 nəfərin nəzarətə alındığı bildirilib. Onlardan 102-si həddi-buluğa çatmayan şəxslər olub. Tutulanlardan 336-nın işi məhkəməyə göndərilib. Bundan başqa nümayişlərdə 111 milotov kokteyli ələ keçirilib.
Rüfanə GÜNƏŞ