İtaliyada özünün və ya yaxınlarının xoşuna gəlməyən xəstələri zəhərləyərək öldürən tibb bacısı həbs olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İtalyanın şimal-şərqində, Lugo şəhərində yaşayan 42 yaşındakı tibb bacısı Daniyela Poggiali ən azı 38 xəstəsinin ölümündə şübhəli bilinir.
Hadisə 78 yaşlı Roza Kaldorone adlı xəstəni müalicə edərkən qəfildən ölməsi nəticəsində üzə çıxıb. Onun qanında yüksək nisbətdə kalium aşkarlanıb.
Rüfanə GÜNƏŞ