Modern.az

Rusiya Azərbaycana 5 milyard dollarlıq silah göndərəcək

Rusiya Azərbaycana 5 milyard dollarlıq silah göndərəcək

Təhsil

14 Oktyabr 2014, 13:16


Rusiyanın 2014-cü ildə Azərbaycana verdiyi hərbi silah-sursatın həcmi 5 milyard dollara çata bilər. Modern.az xəbər verir ki, bu haqda “Kommersant” qəzeti yazıb.

Mənbənin verdiyi məlumata görə, Azərbaycan “Bal-E” sahil raket kompleksinə də maraq göstərir. Qəzet xatırladır ki, Rusiyanın müdafiə naziri Sergey  Şoyqu oktyabrın 13-də Bakıda prezident İlham Əliyev və müdafiə naziri Zakir Zeynalovla görüşüb. 

“Kommersant” qeyd edir ki, Şoyqunun səfəri Xəzəryanı dövlətlərin sammitinin nəticələrini möhkəmləndirər, eləcə də Ermənistanın Avrasiya İttifaqına qoşulması ilə bağlı Rusiya-Azərbaycan əlaqələrindəki neqativ əlaqələri yoluna qoya bilər. 

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı