"Arif Hacılının Məclisi yeni bir komissiya yaratsa, yerinə düşər. Ortaya ciddi faktlar qoyulur, cavab vermək əvəzinə təhqir kampaniyası başlayır. Arif Hacılının dəstəsinin durması mümkün deyil. Gənclərlə işi “uğurla” bitirə bildilər. Əhsən!”.
Modern.az saytının məlumatına görə, bunu özünün facebook səhifəsində Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy yazıb. O daha sonra əlavə edib: “Sırada deyəsən, Ellada xanım və Vurğun Əyyub dayanır, Talışxanlı demişkən, növbədə çox ziyalı var hələ.
Qırmızı xətt-filan tanımadan ömrünün 20-25 ilini mücadiləyə sərf edən insanların üstünə gedirlər. Bu zatlardan biri ilə təsadüfən görüşdük, söhbət əsnasında dedim: “Yazdıqlarını bir dəfə valideynlərinə göstər, sonra davam et!” Belə cavab verdi: “Qalibləri mühakimə etmirlər, bəy”.
Zatən, bu cavabdan savayı bir şey də gözləmirdim. Artıq ox yaydan çıxıb və belə bir durumda Arif Hacılının məclisi dəstənin ən bərk gedən təhqirçilərindən və qoluzorlulardan ibarət bir İNTİQAM komissiyası yaratsa, zor olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırmalıdır. Analitik mərkəzə artıq ehtiyac yoxdur, bunun əvəzinə İNTİQAM komissiyası yaranmalıdır”.
Qeyd edək ki, Arif Hacılının Müsavat başqanı seçilməsinə kəskin etiraz edənlərdən biri də Səxavət Əlisoydur. O, başqanlıq seçkisinin saxtalaşdırıldığını iddia edir.
Modern.az