Modern.az

Radikallar Kiyevdə parlamenti ələ keçirmək istədilər - VİDEO - FOTOLAR

Radikallar Kiyevdə parlamenti ələ keçirmək istədilər - VİDEO - FOTOLAR

Təhsil

14 Oktyabr 2014, 16:29

Kiyevdə bir qrup fəal bu gün hüquq-mühafizə orqanlarının kordonunu yararaq Ali Radaya girməyə cəhd edib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu zaman güc strukturlarının əməkdaşları ilə etiraz edənlər arasında dava düşüb. Əllərində dəyənək olan fəalların parlament binasına daxil olmaq cəhdinin qarşısı alınıb. Maskalı cavanlar binaya “Molotov kokteyli” atıblar, nəticədə bir necə pəncərə şüşəsi qırılıb.

“Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibok və bu partiyadan deputat olan Aleksandr Mirnıy təxribat törədənlərin Medvedçukun adamları olduqlarını deyiblər.

Digər məlumata görə, qarşıdurmada iştirak edənlər “Sokol” ictimai birliyinin üzvləri olublar. Bəzi mənbələr isə fəalların "Sağ sektorun" nümayəndələri olduğunu bildirir.   

 




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı