Modern.az

Ermənilər Qarabağda qara kürü yetişdirəcəklər

Ermənilər Qarabağda qara kürü yetişdirəcəklər

Təhsil

14 Oktyabr 2014, 21:43

Erməni işğalı altında olan keçmiş Ağdərə rayonunun Madagis kəndində - Sərsəng su anbarı yaxınlığında qurulmuş balıq vətəgəsində qara kürü yetişdiriləcək. Bu ilin dekabr ayında artıq ilk məhsulun alınması gözlənilir. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu iqtisadi layihə erməni diasporunun ayırdığı vəsait hesabına və Almaniya mütəxəssislərinin dəstəyi ilə həyata keçirilir. Layihəyə əsasən ermənilər 4 ildən sonra Qarabağdan qara kürünün ilk partiyasını ixrac etməyi planlaşdırırlar. 7 ildən sonra isə bu işlə məşğul olan şirkət ildə 30 ton kürü istehsal etməyi nəzərdə tutmaqla “Artsax”ı bu sahədə “liderlərdən birinə çevirmək” niyyətindədir.

Sultan Laçın

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!