Parisə getmək üçün mindiyi təyyarədə həddindən artıq spirtli içki qəbul edən Hollivud ulduzu Xarli Makbrayd Kanadada saxlanılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı aktirsa Nyu-Yorkdan mindiyi təyyarədə etdiklərinə görə, pilot Kanadada təcili eniş etməyə məcbur olub. Təyyarəyə minəndən sonra qışqırmağa başlayan aktrisa heç kimi vecinə almayıb. Aktirsanın yanında olan əşyaları sərnişinlərə atmağa başladıqdan sonra, pilot təcili eniş etmək üçün icazə istəyib.
Kanada polisi tərəfindən nəzarətə alınan aktrisanın məhkəməsi keçirilib. Məhkəmə aktrisaya Kanadaya ödənməsi şərti ilə 10 min dollar girov ödənişi qoyub. Pul məhkəmənin hesabına ödənildikdən sonra aktirsa sərbəst buraxılacaq.
Rüfanə GÜNƏŞ