Modern.az

Vahid Əhmədov növbəti dəfə seçiciləri ilə görüşüb - FOTO

Vahid Əhmədov növbəti dəfə seçiciləri ilə görüşüb - FOTO

تحصیلات

15 Oktyabr 2014, 10:18

Quba rayonu seçicilərini Milli Məclisdə təmsil edən Vahid Əhmədov  rayon mərkəzində yerləşən ofisində seçiciləri ilə görüşüb. Modern.az-ın verdiyi məlumata görə, deputat seçicilərini təkbətək qəbul edib. Məlumatda qeyd edilir ki, qəbulda Vahid Əhmədovun seçiciləri olan qonşu Xaçmaz və Şabran rayonlarının sakinləri də iştirak ediblər.

Qəbul zamanı mənzillərin verilməsi, sosial yardımların təyin olunması, ev təmiri üçün inşaat   materiallarının paylanması, ev tikintisi üçün torpaq sahələrinin ayrılması, məhkumların əfv   olunması və digər məsələlər qaldırılıb. Operativ və yerində həll edilməsinə üstünlük verən   deputat bir çox məsələləri rayonda fəaliyyət göstərən aidiyyəti təşkilatlar qarşısında    qabardaraq, həlli yollarını arayıb, qalanlarını nəzarətə götürərək mərkəzi təşkilatlara sorğu   göndərməyi planlaşdırıb.

Qəbuldan sonra şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə tanış olan Vahid Əhmədov rayon   İcra Hakimiyyətində olub, keçirdiyi qəbulla bağlı mülahizələrini bölüşüb.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı