Almaniyanın daxili işlər naziri Tomas da Maiziere Avropa Birliyinin PKK-nı terror təşkilatları siyahısından çıxarılması istəyinə sərt reaksiya verib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, nazir deyib: “PKK bir terror təşkilatıdır. Bu bizim nəzərimizdə belə qalmağa davam edəcək”.
Maiziere Almaniyanın ARD televiziya kanalına qatıldığı proqramda, son günlərdə bu ölkənin küçələrində yaşanan qarşıdurmalarda PKK-nın da rolunun olduğunu söyləyib: “Təbii ki Türkiyənin kürdlərlə bir həll müddəti başlatmasını məmnuniyyətlə qarşıladım. Bu an üçün proses dayanmış görünür. PKK bir terror təşkilatıdır. Bu bizim nəzərimizdə belə qalmağa davam edəcək. Son günlərdə yaşanan bir çox nümayişlərdə gördük ki, qarşıdurmaların bir hissəsini PKK-ya bağlı qüvvələr təşkil edir”.
Modern.az