Modern.az

“İlham Mirzəyev haqqında çıxarılan hökmdən apelyasiya şikayəti veriləcək” - Vəkil

“İlham Mirzəyev haqqında çıxarılan hökmdən apelyasiya şikayəti veriləcək” - Vəkil

Təhsil

15 Oktyabr 2014, 10:52


“Hakim onun həbsinə qərar versə də, İlham Mirzəyev məhkəməninin hökmünü ədalətsiz sayır. Bu səbəbdən də mütləq surətdə apellyasiya şikayəti veriləcək”. Bu barədə Modern.az-a teleaparıcı İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib. Onun sözlərinə görə, məhkəmədə şikayətçilər birmənalı şəkildə “heç bir şikayətimiz, tələbimiz yoxdur”, - deyə bildiriblər.”Ümumiyyətlə, bu maddə ilə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz, çünki bunlar mülki xarakterli məsələlərdir. Məhkəmə iclasları boyu da bu fikirlər səsələnirdi. Təəssüf ki, hakim Məzahir Sadıqov belə bir qərar qəbul etdi”.

“İlham Mirzəyev hazırda Bakı İstintaq Təcridxanasının sanitar hissəsində müalicə alır. Məhkəmədən sonra səhhəti daha da ağırlaşıb. Həm belindəki yırtıqdan əziyyət çəkir, həm də əsəb-sinir sistemi çox pis pozulub, hazırda müalicə alır”.

Qeyd edək ki, dünən Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarına əsasən o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı