Modern.az

İŞİD-in türk mənşəli təbliğatçısı tutuldu

İŞİD-in türk mənşəli təbliğatçısı tutuldu

Təhsil

15 Oktyabr 2014, 11:30


“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının təbliğat videolarını çəkən türk mənşəli, 35 yaşlı  Fateh K. Almaniyada nəzarətə alındıqdan sonra dünən ilk məhkəməsinə çıxarılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, “Bild” qəzetinin xəbərinə görə, Fateh 2009-cu ildən bəri Alman kəşfiyyatının təqibində idi, “Əl Qaidə”yə yardım etdiyi ortaya çıxınca eyni ildə radikal təşkilatlara qatıla biləcəyi şübhəsi ilə pasportu əlindən alınıb. Fateh 2010-cu ildə saxta pasport ilə Əfqanıstana getməyə qərar versə də, Türkiyəyə gəlib. 2011-ci ildə Almaniyaya dönən Fateh şəxsiyyətini saxtalaşdırmaqda günahlandırılaraq nəzarətə alınıb, sonra yenidən sərbəst buraxılıb. 2013-cü ilin iyun ayında Fateh təkrar Türkiyədən Suriyaya keçib. Suriyada İŞİD-i dəstəkləyən bir qrupa qatılaraq hərbi təhsil alıb, qarşıdurmalara qatılıb. 2013-cü ilin sentyabr ayına Almaniyaya geri dönməyə çalışan Fateh, sərhəddə onu tanıyan məmurlar tərəfindən tutulub. Fatehin evindən İŞİD-i təbliğ edən videolar çıxıb.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı