“Zoopark ərzisində təmizliyə baxan işçi işdən çıxdığına görə orda antisanitar vəziyyət yaranıb. Hadisədən bu gün xəbərdar oldum. Narahat olmayın, məsələ həll olunacaq”.
Bunu Modern.az-a açıqlamasında Bakı Zooloji Parkının direktoru Azər Hüseynov bildirib. “Zoopark onsuz da ödənişlidir, anti-sanitariya şəraitinin olduğu hissə isə icarəyə verilib. İcarəçi o yerin təmizliyini də öz öhdəsinə götürmüşdü. İşdən ayrıldığına görə belə bir vəziyyət yaranıb”.
Qeyd edək ki, bu gün yerli mediada zooparkda ayaqyolu xidməti üçün təşkil edilən “kassa”nın fotosu dərc edilib. Məlumatda həmçinin zooparkdakı bu xidmətin anti-sanitar vəziyyətdə olması da xüsusi vurğulanıb.
Gülşən RAUFQIZI