
“Ən çox yadda qalan ad günüm Naxçıvandakı evimizdə, ailə üzvlərimlə birlikdə qeyd etdiyim günlər olub. Amma ad günümü xüsusi qeyd etmirəm, geniş çevrədə çox az hallarda keçirdiyimiz olub. Son vaxtlarda əsasən dostların təbriki, telefon zəngləri və s. formada olur”. Bunu Modern.az-a 1965-ci ilin bu günü Naxçıvanda anadan olmuş deputat Fazil Mustafa deyib.
O, ad gününü xüsusi ayinə çevirməyi xoşlamır. “Bəlkə gələn il yubiley olduğundan xüsusi bir şey fikirləşmək olar”.
Deputat bəzi adamlar kimi ad günün bir ayın 2 günü qeyd edənlər sırasındadır: “Sənəddə 15 oktyabr yazılsa da, əslində ayın 19-da doğulmuşam. Bunu bilənlərin əksəriyyəti elə 19-u da təbrik edir. Facebook sosial şəbəkəsində də doğum günümü 15-i kimi qeyd etdiyimdən, dostlarımın hamısına bildiriş gedir, ona görə bu gün məni çox adam təbrik edib.
Parlament rəhbərliyinin ad günü təbrikinə gəldikdə isə deputat bildirib ki, Milli Məclis sədarəti yalnız yubileydə təbrik göndərir.
“Belə fikirləşəndə onların özünün yüzlərlə qayğısı var, hər birimizə tək-tək vaxt ayıra bilməzlər”.
““Hədiyyə gözləməsəm də, bilirəm ki, olacaq. Ailə ilə birlikdə olmaq özü böyük hədiyyədir. Başqa umacağım, maddiləşmiş bir şey yoxdur”, – deyə sonda F.Mustafa qeyd edib.
Gülşən RAUFQIZI