Modern.az

“Neftin qiyməti düşməkdə davam edəcək” - AÇIQLAMA

“Neftin qiyməti düşməkdə davam edəcək” - AÇIQLAMA

Təhsil

15 Oktyabr 2014, 14:34

“Neftin qiyməti aşağı düşməkdə davam edəcək. Səbəb hasilatı müəyyən edən OPEK üzvü olan əsas ölkələrin-İranın, Səudiyyə Ərəbistanın  mövqeyidir. Onlar neftin qiymətinin stabil saxlanmasında əsas rol oynayırlar. Bu günkü proses onu göstərir ki, həmin ölkələr hasilatı azaltmadılar”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov sosial şəbəkədəki səhifəsində dünya bazarında neftin qiymətinin enməsini şərh edərkən yazıb. 

Deputatın sözlərinə görə, son hadisələr onu göstərir ki, nə İran, nə Səudiyyə Ərəbistanı hasilatın azaldılmasına razılıq verməyiblər. “Neftin qiymətinin düşməsi ötən illərdə də müşahidə olunurdu. Amma OPEK ölkələri hasilatı azaltmaqla neftin qiymətini stabil saxlayırdılar.Bu dəfə bunu etmədilər”. 

Neftin qiymətinin ucuzlaşmasının digər səbəbi ABŞ dollarının məzənnəsinin dəyişməsidir. “Eyni zamanda burada şist qazının bazara çıxarılması faktı da mühüm rol oynayır. Fikrimcə, son beş ildə enerji bazarında şist qazının və şist neftinin ümumi payının artması və ABŞ-in bunun emalı üçün yeni texnologiyaları tətbiq etməsi bu məsələdə öz təsirini göstərib”. Deputatın qənaətincə neftin qiyməti ilə bağlı  vəziyyəti dəyişməsi daha çox siyasi faktorlardan asılıdır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı