Modern.az

Füzulidə yas mərasimlərindəki israfçılığın ləğvi müsbət qarşılanır

Füzulidə yas mərasimlərindəki israfçılığın ləğvi müsbət qarşılanır

Təhsil

15 Oktyabr 2014, 16:03

Füzuli rayonunda yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan mərasimlərinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır. Yas mərasimlərində, ehsan süfrələrində müşahidə edilən israfçılıq uzun illər az qala "adət-ənənələrin dəyişməz rəmzləri" idi. Son dövrlər rayon İcra Hakimiyyəti və onun yerlərdəki qrumları tərəfindən ərazidə aparılan maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələbləri əhaliyə çatdırılıb.
Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında təbliğat işləri aparırlar. Bu işin əsas təşəbbüskarı olan rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla keçirdiyi səyyar görüş və qəbullarda ilkin təəssürat artıq yas mərasimlərinin israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin məhz ictimai və sosial sifariş olması qənaətini formalaşdırıb.

İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, rayonda yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq edilmir, bu məsələdə İslamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir.

Bu il avqustun 15-dən etibarən rayonun bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız keçirirlir. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədə uyğun sayılır. Ötən iki aya yaxın müddət ərzində insanlar istər şifahi, istərsədə yazılı formada rayon İcra Hakimiyyətinə müraciət edərək, öz razılıqlarını bildirirlər. Əhali birmənalı olaraq yas mərasimlərinin bu keçirilməsini alqışlayır və dəstəkləyir. 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı