Modern.az

“V1 Challenge Azerbaijan” yarışından maraqlı VİDEO

“V1 Challenge Azerbaijan”  yarışından maraqlı VİDEO

Təhsil

15 Oktyabr 2014, 21:30
Modern.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası oktyabrın 11-də Bakıda keçirilən “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousunun video rolikini yayıb.

Xatırladaq ki, oktyabrın 11-də Bakı Kristal Zalında Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçən yarış 12 ölkəni təmsil edən 14 pilot arasında birincilik uğrunda maraqlı və həyəcandolu  mübarizə ilə yadda qalıb. Həmçinin idman avtomobillərində və motosikletlərdə qeyri-adi tryuklarla şou tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Şouda tamaşaçı olmaq fürsətini qaçıranlar yaxın zamanda  “V1 Challenge Azerbaijan” yarışını tam olaraq televiziya kanallarında izləyə biləcəklər.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı