Modern.az

ABŞ Rusiya silahından çəkindiyini ETİRAF ETDİ

ABŞ Rusiya silahından çəkindiyini ETİRAF ETDİ

Təhsil

16 Oktyabr 2014, 10:39


“ABŞ-ın terrorçulara və Rusiyanın müasir döyüş bacarığı olan silahlarına qarşı dirəniş göstərməsi lazımdır. Gələcəkdə ordu üçün tələblər artacaq və bu daha mürəkkəb xarakter alacaq”. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel Vaşinqtonda çıxışı zamanı deyib.

O xatırladıb ki, NATO 1999 və 2004-cü ildə Rusiyanın sərhədinə yaxınlaşıb.

“Əvvəlcə Polşa, sonra isə Estoniya, Latviya, Litva NATO-ya üzv oldu. Bununla da, NATO Rusiya sərhədlərinə yaxınlaşdı. 2013-cü ildə NATO-nun ümumi hərbi xərcləri 1 trilyon dollardır. Bunun demək olar ki, 600 milyard dolları ABŞ-ın payına düşür. Rusiya hərbi büdcəsi isə 68 milyard dollardır”,-deyə Çak Heygel bildirib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı