“Sərhədlərimizə İŞİD-in hakim olması bizim üçün təhdiddir”. Modern.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, bölgədə olan təhlükələrə təkcə Türkiyə deyil, bütün beynəlxalq aləm müdaxilə etməlidir:
"Suriyada hadisələr indi başlamayıb. Suriyada 3 il yarımdır günahsız insanlar, qadınlar, uşaqlar zalım bir rejim tərəfindən qətlə yetirilir. 1 milyon 600 mindən artıq insan Türkiyəyə gəlib. İŞİD müdafiəsiz qalmış bu xalqa hücum edir. Bizim Suriya məsələsində mövqeyimiz açıqdır. Suriyaya müdaxilə edəndə bizə qarşı çıxanlar, indi Kobaniyə edilən hücumlarda, terror təşkilatına qarşı mübarizədə bizdən kömək istəyirlər”
Davudoğlu BMT-nin Suriyadakı problemləri həll etməkdə gecikdiyini deyib: