Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.
Modern.az xəbər verir ki, qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Bu il oktyabr ayının son bazar günü oktyabrın 26-na təsadüf etdiyindən, saat çəkilməsi həmin gün həyata keçiriləcək. Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək, bununla da, ölkə qış vaxtına keçəcək.

Gülşən RAUFQIZI