SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov hesab edir ki, Rusiya və Ukrayna arasında münasibətlərin nizama salınması üçün hər iki ölkənin liderləri dialoqlar əsasında razılığa gəlməlidir. Modern.az xəbər verir ki,bununla bağlı o, "Rossiyskaya qazeta"-ya müsahibəsində bildirib.
Qorbaçov hazırda Rusiya prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Pyotr Poroşenkonun üzərinə böyük bir məsuliyyət düşdüyünü vurğulayıb. "Prezidentlər nümunə olmalı, emosiyaların intensivliyini azaltmalıdırlar. İndi konkret məsələlərdə razılığa gəlmək vacibdir. “Kim doğrudur”, “kim yanlış” bunu sonra da aydınlaşdırmaq olar. Satatus məsələsini kənara qoyaraq xüsusilə zərəçəkmiş rayonlarda həyatı normallaşdırmaq lazımdır”, - deyə Qorbaçov bildirib.Qorbaçov eyni zamanda, Qərb ölkələrini Rusiya siyasətçilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməkdən çəkinməyə çağırıb. "Əgər siz insanları cəzalandırmaqdan əl çəkmirsinizsə və siyasətə təsir edəcək qərarlar qəbul edirsinizsə, necə dialoqa gələ bilərsiniz?”
Gülşən RAUFQIZI