Oktyabrın 15-də Cəlilabad şəhər sakinləri Həmid Nəsirov, Aqil Əliyev və Orxan Nəsirov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toy məclisində spirtli içkidən zəhərlənən hər üç şəxs ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Digər məlumata görə, oktyabrın 15-də Göygöl şəhər sakini Telman Hacıyev dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.Modern.az