Modern.az

Köçəryanın keçmiş kadrı Sərkisyan hakimiyyətindəki nazir vəzifəsindən İSTEFA VERDİ

Köçəryanın keçmiş kadrı Sərkisyan hakimiyyətindəki nazir vəzifəsindən İSTEFA VERDİ

Təhsil

16 Oktyabr 2014, 13:28

Ermənistan baş nazirinin müavini, ərazilərin idarə olunması naziri Armen GevorKyan tutduğu vəzifələrdən istefa verib. Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə baş nazir Ovik Abramyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə Armen Gevorkyan bundan sonra özəl sektorda fəaliyyət göstərəcək.

Qeyd edək ki, Armen Gevorkyan uzun müddət Ermənistanın ikinci prezidenti Robert Köçəryanın yanında işləyib. O, 2000-2006-cı illərdə Köçəryanın baş köməkçisi vəzifəsi postunu tutub. 2006-2008-ci illərdə isə Ermənistan Prezident Administrasiyasının rəhbəri olub. Ermənistan parlamenti onu 2008-ci ilin aprel ayından indiki istefa verdiyi vəzifəsinə təyin edib.

Modern.az   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı