Modern.az

Fərəc Quliyev Böyük Britaniya səfiri ilə görüşüb - FOTO

Fərəc Quliyev Böyük Britaniya səfiri ilə görüşüb - FOTO

Təhsil

16 Oktyabr 2014, 14:15

Oktyabrın 15-də Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin  deputatı, Fərəc Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri  cənab İrfan Siddiq və siyasi məsələlər üzrə ikinci katib, ÜH konsulu Endrü Harvey ilə görüşüb. MDHP-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın mövcud durumu və perspektivi,Yeni Dünya Düzəni  prinsiplərinə zidd olan süni dini və etnik  zəmində münaqişələr, bu baxımdan bölgədəki və dünyadakı son durum, o cümlədən Dağlıq Qarabag problemi geniş müzakirə olunub.

Fərəc Quliyev  Anqlosaks-Türk Assambleyasinin rəhbəri kimi də Anqlosaks və Türk  etnoslarının qurduğu dövlətlərin bəşəri təhlükəsizlik üçün əhəmiyyəti, bu etnoslar arasnda dialoqun vacibliyi  haqda cənab səfirlə düşüncələrini bölüşüb. Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı