Türkiyədə 17 dekabr korrupsiya və rüşvət əməliyyatı haqqında çəkilən filmdə prezident Rəcəb Tayyib Ərdoğanı canlandıracaq aktyor bəlli olub.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, fevralda premyarası baş tutacaq "Kod adı K.O.Z." filmində o dövrdə baş nazir olan Ərdoğanı Orxan Qılınc canlandıracaq.
Qeyd edək ki, 40 yaşı olan Orxan Qılınc hazırda Türkiyənin ATV telekanalında yayımlanan “Digər yarım” serialında oynayır.
Rüfanə GÜNƏŞ