Modern.az

Ermənilər Avropa Parlamentində "Qarabağla dostluq qrupu" yaratmağa nail oldular

Ermənilər Avropa Parlamentində "Qarabağla dostluq qrupu" yaratmağa nail oldular

Təhsil

16 Oktyabr 2014, 14:57

“Ermənistanın Avropa dostları” təşkilatının dəstəyi ilə oktyabrın 15-də Avropa Parlamentində “Dağlıq Qarabağla dostluq qrupu” yaradılıb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Avropa Parlamentinin bir qrup deputatı qrupa üzv olmaq üçün müraciət edib.

Avropa Xalq Fraksiyasının üzvü Frank Engel isə “Avropa Parlamenti-Dağlıq Qarabağ” dostluq qrupunun sədri olacaq. Məqsəd Avropa Birliyi rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında münasibətlərin qurulmasıdır.

Bundan əlavə, dostluq qrupu Avropa Birliyinin rəsmi proqramlarında Dağlıq Qarabağın da təmsil olunmasına çalışacaq. Bundan əvvəl analoji qruplar Litva və Fransa parlamentlərində də yaradılıb.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı