
“Ermənistanın Avropa dostları” təşkilatının dəstəyi ilə Avropa Parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması məsələsi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır”.
Bunu Modern.az saytına açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Çox güman ki, məsələ ilə bağlı ya bu gün, ya da sabah rəsmi mövqe bildiriləcək. Eyni zamanda, bu məsələnin dəqiq məqsədi də öyrəniləcək” deyə Hikmət Hacıyev əlavə edib.
Qeyd edək ki, bu gün “Ermənistanın Avropa dostları” təşkilatının dəstəyi ilə Avropa Parlamentində “Dağlıq Qarabağla dostluq qrupu” yaradılıb. Hətta, Avropa Parlamentinin bir qrup deputatı yaradılan qrupa üzv olmaq üçün müraciət də edib.
Namidə BİNGÖL