
“Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi ssenarilərin olmasına şahidlik edir”. Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O, ABŞ müdafiə naziri Çak Heygelin bəyanatını şərh edərkən bildirib ki, bu, Pentaqonun Rusiya sərhədlərində hərbi əməliyyatlar apara biləcəyinə mesajdır.
Qeyd edək ki, ABŞ müdafiə naziri Çak Heygel bildirib ki, NATO ölkələrinin sərhədlərinə doğru hərəkət edən və müasir döyüş bacarığı olan Rusiya ordusuna qarşı dirəniş göstərmək lazımdır.Modern.az