Anqola, Venesuela, Malayziya və Yeni Zelandiya 2015-2016-cı illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiliblər. Modern.az saytının məlumatına görə BMT Baş Assambleyasında gizli səsvermə yolu ilə keçirilən seçkilərdə dörd ölkə BMT-yə üzv dövlətlərin zaldakı nümayəndələrinin üçdə iki hissəsinin səsini toplaya bilib.
Belə ki, Anqola 190, Venesuela 181, Malayziya 187, Yeni Zelandiya 145 səs yığıb. Daha bir yerin taleyi hələ həll olunmamış qalır. Həmin yerə iki ölkə - Türkiyə və İspaniya iddia edib.
Lakin onlardan biri yalnız üçüncü turda seçilib. İspaniya 132 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Türkiyə isə 60 səs ala bilib.
Modern.az